Bakıda yolu keçmək istəyən həkimi maşın vurdu - HADİSƏ YERİNDƏ ÖLDÜ

Paytaxtın Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, Nərimanov küçəsi ilə hərəkətdə olan "Niva" markalı avtomobil yolu keçmək istəyən Travmatologiya və  Ortopediya İnstitutunun həkimi, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğlunu vurub.

 

N. İsmayılov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Sərxan Kamallı