Dövlət rəsmiləri yanğın baş verən əraziyə baxış keçirir - HADİSƏ YERİNDƏN

Respublika Narkoloji Mərkəzində yanğın tam söndürülüb. APA TV-nin məlumatına görə, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xətai rayonunda yanğın baş verən əraziyə baxış keçirirlər.

 

Qeyd edək ki, ilkin məlumata görə, yanğın nəticəsində mərkəzdə müalicə alan çoxlu sayda pasiyent həlak olub. Onların sayı dəqiqləşdirilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı