Afrində şiddətli döyüş: 8 türk əsgəri şəhid oldu, çox sayda yaralı var

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı martın 1-də həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 26 nəfəri yaralanıb.

 

APA TV-nin Türkiyə mətbuata istinadən məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Tunellərdə gizlənən 100-ə yaxın terrorçu qəflətən hücuma keçərək hərbçiləri atəşə tutub.
 

Bununla da Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.  


Məlumatda ötən gün ərzində aparılmış əməliyyatlarda 23 terrorçunun zərərsizləşdirildiyi qeyd olunur. 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı