ABŞ-dan Putinə cavab: Rusiyanın yeni silahına cavab verməyə hazırıq
"Rusiya prezidentinin yeni silah hazırladıqları ilə bağlı açıqlamalarından təəccüblənmədik".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Pentaqon təmsilçisi Dana Uayt səsləndirib: "Bizim çox güclü müdafiə sistemlərimiz var. Rusiyanın son açıqlamasından narahat deyilik və buna görə hərbi doktrinamızda heç bir dəyişiklik olmayacaq. Pentaqon istər hiper-silah, istərsə də nüvə başlıqlı raketlərə effektiv cavab verməyə hazırdır".
Bu arada hərbi analitiklər Rusiyanın hazırladığı yeni silahın effektivlik dərəcəsinin hələlik naməlum olduğunu bildiriblər.
ABŞ-dakı Qudzon İnstitutunun ekspertləri rəsmi Moskvanın nüvə silahına malik olmasını artıq dünya üçün yaratdığı təhlükəyə diqqət çəkərək, ABŞ prezidenti Donald Trampın strateji hücum silahlarının modernləşdirilməsi üçün Konqresin dəstəyini almalı olduğunu söyləyib.