Ermənistan Türkiyə ilə imzaladığı protokolları ləğv etdi

Ermənistan Türkiyə ilə imzaladığı protokolları ləğv edib.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

 

Sözügedən sənədlər 2009-cu ilin oktyabr ayında Sürixdə Ermənistan və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalanıb. İmzalanma mərasimində ABŞ dövlət katibi, Rusiya və Fransa xarici işlər nazirləri iştirak ediblər.

 

2010-cu ilin aprelində Ermənistan prosesinin dayandırılması haqqında qərar qəbul edib. Serj Sarkisyan dünənki çıxışında isə protokolların ümumiyyətlə ləğv edilməsi barədə qərar qəbul edib.

 

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında çıxış edən S.Sarkisyan bəyan edib ki, Ermənistan-Türkiyə protokollarının reallaşmasında müsbət irəliləyişlər olmadığından, Ermənistan onları ləğv edəcək. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov