Dünyanın ən zəngin insanları üç gündə 128 milyard dollar itirdi - SİYAHI

Dünyanın ən zəngin 500 insanı üç gündə 128 milyard dollar itirib

 

APATV-nin "Bloomberg" xəbər agentliyinə istinadən məlumatına görə, son günlərdə səhmlərin qiymətlərinin aşağı düşməsi bir sıra məşhur şirkət sahiblərinin külli miqdarda pul itirməsinə səbəb olub.


"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq üç gündə 3,7 milyard dollar,  "Alphabet"in baş icraçı direktoru Larri Peyc 3,1 milyard dollar, "Google"ın təsisçisi Sergey Brin 3 milyard dollar, "Zara"nın rəhbəri 2,5 milyard dollar zərər ediblər.

 

Ümumiyyətlə, dünyanın ən varlı 500 adamı 128 milyard dollar itki ilə üzləşib. Ən böyük zərər isə ABŞ biznesmenlərinə dəyib - 55 milyard dollar.


Qeyd edək ki, siyahıda göstərilən çin maqnatları səhmlərin ucuzlaşması nəticəsində 14 milyard dollarla vidalaşıblar.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov