Prezident İlham Əliyev yanğın baş verən ərazidə olub
Azərbaycan prezidenti İlham Əliyev bu gün yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub.
APA TV-nin xəbərinə görə, aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlətimizin başçısına məlumat veriblər.
Dövlət başçısı hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlarını verb.
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.
Həyata keçirilən tədbirlər Azərbaycan prezidentinin şəxsi nəzarətindədir.