Hüquqşünas Əyyub Kərimov dəm qazından boğularaq ölüb

Jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov dünyasını dəyişib.

 

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ə.Kərimovun meyiti bu gün Nərimanov rayonunda yaşadığı mənzildə aşkarlanıb.

 

Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı