Bakının mərkəzində GÖL YARADILIB

Dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin müəllifi Əməkdar Rəssam, heykəltəraş Görüş Babayevdir. İlham Əliyev əvvəlcə Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb. İlham Əliyev çıxış edərək "Kitabi Dədə Qorqud"un Azərbaycanın milli sərvəti olduğunu söyləyib. Ötən əsrin 50-ci illərindən "Kitabi Dədə Qorqud" haqqında Azərbaycan alimlərinin gördüyü işləri yüksək qiymətləndirən İlham Əliyev bu dastanın həm də bütün Türk dünyasına məxsus olduğunu vurğulayıb.

 

Sonra abidənin açılışı olub. Abidədə dastanın müqəddiməsi və 12 boyundan ibarət hissələr əks olunub.

 

Daha sonra İlham Əliyev parkda yaradılmış şəraitlə tanış olub. Parkın 6 hektarlıq ərazisinin yarısında göl yaradılıb. Quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə görə belə bir göl ilk dəfə Azərbaycanda istifadəyə verilir.

 

Müəllif | Apa.Tv
Apa.tv