"Türkiyəyə istənilən hücuma Moskva cavab verəcək" - RUSİYADAN SƏRT BƏYANAT
"Türkiyəyə qarşı edilən istənilən hücuma Moskva cavab verəcək".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Rusiya parlamentinin alt palatasının müdafiə komitəsinin sədr köməkçisi Aleksand Şerin deyib.
"Suriya, İran, Şimali Koreya, Çin və Türkiyə Rusiyanın strateji müttəfiqləridir və bu ölkələrə qarşı istənilən nüvə hücumuna rəsmi Moskva cavab verməyə hazırdır" - deyə Şerin bildirib.
Qeyd edək ki, KTMT ölkələri arasında Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan da yer alır.