Narkoloji Mərkəzdəki yanğında ölən 9 nəfərin meyiti ailəsinə verildi

Respublika Narkoloji Mərkəzində qeydə alınmış güclü yanğında dünyasını dəyişən 25 nəfərdən hələlik yalnız 9 nəfərinin şəxsiyyətləri müəyyən edilib. APA TV-nin məlumatına görə, onların ad və soyadları Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ailə üzvlərinin iştirakı ilə tanınıb.

Həmin şəxslərin meyitləri dəfn olunmaları üçün artıq yaxınlarına verilib. Digər 16 nəfərin şəxsiyyətini isə dəqiqləşdirmək hələ ki mümkün olmayıb. Ekspertiza hazırda tanınmaz hala düşən həmin meyitlərin üzərində müayinə aparır.

Qeyd edək ki, ötən gün səhər saatlarında Respublika Narkoloji Mərkəzinin 2-ci müalicə korpusunda güclü yanğın baş verib. Nəticədə orada müalicə olunan 25 nəfər dünyasını dəyişib. Onların əksəriyyətinin yataq xəstələri olduğu deyilir.

Müəllif | Apa.Tv
Apa.tv