Menbiçdə sakinlər PKK-nı kənddən qovdu - HADİSƏ ANI
Suriyada kəndlilər PKK terror təşkilatının nəzarət məntəqələrinə hücum edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Hələb vilayətinə bağlı Menbiç bölgəsində baş verib.
Sakinlər kəndlərində yerləşən PKK nəzarət məntəqələrinə hücum edib. Onlar terrorçuları kənddən qovmağa nail olub.
Xatırladaq ki, Türkiyə Suriyanın Afrin bölgəsinin PKK-nın Suriya qolu olan PYD/YPG-dən təmizləndikdən sonra "Zeytun budağı" əməliyyatının Menbiçdə davam etdiriləcəyi ilə bağlı dəfələrlə bəyanat verib.