Bakının mərkəzində ağaclar niyə kəsilir?
Bakının mərkəzində günün günorta çağı nə az, nə çox düz 6 ədəd şam ağacı kəsilib.
Yusif Səfərov, 12 a ünvanında yaşayan sakinlər deyir ki, hasarın dibində olan bu ağaclar gediş-gəliş üçün heç vaxt problem yaratmayıb. Buna baxmayaraq Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi qəflətən ağacları kəsmək qərarına gəlib.
Eyni zamanda sözü gedən ünvanda olan ağacların budaqları da budanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Yusif Səfərov, 12 a ünvanında mövsümi budanma işləri görülüb , kəsilən 6 ədəd ağac isə safora adlanır və yabanı şəkildə bitir. Yabanı ağacların kəsilməsi ilə bağlı ETSN dövlət ekspertiza idarəsi rəy verib və yaşıllaşdırma təsərrüfatı birliyi rəydən kənara çıxmayıb. Rəyə görə, paytaxtda olan yabanı ağaclar kəsilməli, onların əvəzinə yenisi əkilməlidir.