Külək, yağış, qar... - XƏBƏRDARLIQ!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-i gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın bəzi rayonlarında martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.