Məhəbbət Vəliyeva: "Şagirdləri döyənlər mütləq cəzalandırılacaq"
"Məktəb rəhbərliyinin yaxud da hər hansısa bir təhsil işçisinin şagirdlərə qarşı fiziki, psixoloji təzyiq göstərməsinə nə qanunvericilik yol vermir, nə də biz bunu dəstəkləmirik".
APA TV-nin məlumatına görə, bu fikirləri Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib: "Belə hallar baş verdikdə məsələ idarə tərəfindən araşdırılır. Əvvəl ki, illərdə olduğu kimi, burada da aidiyyəti şəxslər mütləq cəzalandırılacaq. Buna başqa mövqe ola da bilməz".
Qeyd edək ki, Sabunçu rayonunda yerləşən 90 və 22 saylı orta məktəblərdə şagirdlərin döyülməsi ilə bağlı valideynlər tərəfindən şikayət daxil olub. Mövzu geniş müzakirələrə səbəb olub.