Göyçayda dəhşət: TOYUNA HAZIRLAŞAN GƏNC ÖZÜNÜ ASDI

Göyçay rayonunda intihar hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosununməlumatına görə, hadisə rayonun Veysəlli kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu yaşadığı evin həyətindəki yarımçıq tikilidən özünü kəndirlə asaraq intihar edib.

 

İntiharın səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, M.Mikayılov 6 ay öncə ailə quracağı qızla nişanlanıb və yaxın vaxtlarda keçiriləcək toya hazırlaşırdı.

 

Müəllif | Apa.Tv
Apa.tv