Braziliya ən böyük kokain partiyası tutuldu: 1,3 TON

Braziliyada 1,3 ton kokain ələ keçirilib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Rio de Janeyronun polis rəisi Fabrisio Oliveria məlumat verib.

Küllü miqdarda narkotik limanda iki konteynerdən aşkar olunub. Kokainin 48 böyük bağlamalarda qablaşdırılaraq digər ölkələrə daşınması nəzərdə tutulub.

"Bu günə qədər Rioda belə miqdarda narkotik maddə ələ keçirlməmişdi" - deyə, şəhərin polis rəisi bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv