28 YAŞLI OĞLAN FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

28 yaşlı liftçi şaxtada qalaraq, faciəli sürətdə həyatını itirib. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 14 B ünvanında yerləşən əlillərə məxsus binada baş verib. Ceyhun Hacıyev 9 mərtəbəli binadakı liftin 8-ci və 9-cu mərtəbələri arasında liftlə divar arasında sıxışıb. Liftçinin iş yoldaşı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məlumat verib. Xilasedicilər hadisə yerinə çatanda artıq Ceyhun Hacıyev artıq keçinibmiş.  Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin xilasetmə işlərini aparan əməkdaşları verib. Qəzada həyatını itirən Ceyhun Hacıyev binada lift quraşdırılması ilə məşğul olurmuş. APA TV-nin  xəbərinə görə, FHN-nin əməkdaşı Toğrul Əliyev  deyib ki, binada liftlər tam təhvil verilməyib: "Liftlərin bərpa işləri gedir. Bizə də aydın olan odur ki, lifti quraşdırarkən, ehtiyatsızlıq ucbatından dünyasını dəyişib".

 

Əlillərə məxsus bina hələ təhvil verilməyib, təmir işləri aparılır. Faktla bağlı araşdırılma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı