Bakıda 15 avtobusun dayanacaq məntəqələri dəyişdirildi - SİYAHI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində təmir-tikinti işləri aparılır. Bununla əlaqədar 2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, dəyişiklik martın 5-dən tətbiq ediləcək.
Dəyişikliyə əsasən, qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metro stansiyasının qarşısına keçiriləcək.