Astara sakininin 12 min dollarını oğurladılar
Astarada evdən 12 min ABŞ dollar məbləğində pul oğurlanıb. Fevralın 27-də Astara sakini Elman Novruzov Rayon Polis Şöbəsinə müraciət edərək şəhərin Səməd Vurğun küçəsində yerləşən evindən 12000 dollar və 335 avro oğurlanması barədə məlumat verib.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb. Oğruların qonşuluqda yaşayan Astara sakinləri Kənan Bayramlı və Kənan Novruzov olduğu müəyyənləşib. Oğurlanan pulların hamısı onlardan aşkar edilərək sahibinə qaytarılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.