İrəvanda güclü yanğın baş verib - REAL GÖRÜNTÜLƏR
Ermənistan paytaxtında güclü yanğın olub.
APA TV-nin erməni saytlarına istinadən məlumatına görə, yanğın İrəvandakı yeraltı keçidlərdən birində baş verib.
Hadisə yerinə xeyli sayda yanğınsöndürən və texnika cəlb edilsə də, alovun güclü olması səbəbindən yanğını ram etmək çətinləşib.
Yerli vaxtla 05:33-də başlayan yanğını 1 saat sonra söndürmək mümkün olub. Yanğın səhərə yaxın baş verdiyindən yeraltı keçiddə heç kəs olmayıb.