Terrorçulardan təmizlənən Racoda PYD/YPG və Əsəd bayraqları çıxarıldı - İLK GÖRÜNTÜLƏR

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstək veridiyi Azad Suriya Ordusu (ASO) döyüşçüləri Afrin vilayətinin Raco qəsəbəsinin mərkəzini PYD/YPG terrorçularından tamamilə təmizləyib.

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəsəbənin kənar məhəllələrində terroçularla küçə döyüşləri gedir.

ASO döyüşçüləri PYD/YPG bayraqlarını qəsəbədəki inzibati binaların üzərindən çıxarıblar.

Qəsəbəni tərk edən terrorçuların qaçdığı istiqamətlər Türkiyə Harbi Hava Qüvvələri (HHQ) tərəfindən bombalanır.

 

ASO döyüşçüləri Racoda PYD/YPG bayraqları ilə yanaşı Əsəd rejiminin bayrağını da ayaqlar altına atıblar. 

Müəllif | Apa.Tv
Apa.tv