ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini dayandırır
ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də təhlükəsizliklə əlaqədar işini dayandıracaq. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə səfirliyin saytında məlumat yayılıb.
"ABŞ-ın Ankaradakı səfirliyi 2018-ci il martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar ziyarətçilər üçün bağlı olacaq”, - məlumatda belə deyilir.
Bildirilir ki, bu gün səfirlik tərəfindən yalnız təxirəsalınmaz xidmətlər göstəriləcək. Məlumatda o da qeyd olunur ki, “səfirliyin fəaliyyəti bərpa olunan kimi bu barədə məlumat veriləcək”.