Əsəd coşdu: "ABŞ koalisiyası İŞİD-in hərbi hava qüvvələridir"

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD və “Cəbhət ən-Nüsra” terror təşkilatlarına dəstək verir. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.

“ABŞ koalisiyası İŞİD-in hərbi hava qüvvələridir. Onlar İŞİD, “Cəbhət ən-Nüsra” və digər terror təşkilatlarını dəstəkləyirlər”, - deyə B.Əsəd vurğulayıb.

Onun sözlərinə görə, Qərb ölkələri kimyəvi silahdan istifadə mövzusunu əllərində bəhanə edərək Suriya ordusuna hava zərbələri endirir. B.Əsəd həmçinin bildirib ki, Şərqi Qutada terrorçulara qarşı əməliyyat bundan sonra da davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv