Əvvəl partlayışda yanıq xəsarətləri aldı, sonra avtoqəzaya düşdü - ŞƏMKİRDƏ
Şəmkirdə yanıq xəsarətləri almış yaralını aparan təcili tibbi yardım maşını qəzaya uğrayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Keçili kəndinə gedən yolda qeydə alınıb.
Bildirilir ki, rayonun Çaparlı kənd sakini, 37 yaşlı Tural Məmmədov Keçili kəndində bir evdə təmir işləri aparan zaman istifadə olunan dolğu yanğınla nəticələnən partlayışa səbəb olub və o, yanıq xəsarətləri alıb. Bununla bağlı təcili tibbi yardım çağırılıb. T.Məmmədovu xəstəxanaya aparan təcili tibbi yardım avtomobili yolda rayon sakini, 1963-cü il təvəllüdlü Cəfərov Hüseyn Məcid oğlunun idarə etdiyi “Qaz 3110” markalı avtomobillə toqquşub.
Bu qəza zamanı H.Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanıq xəsarəti alan T.Məmmədov Gəncədə olan özəl xəstəxanalardan birinə, oradan isə paytaxta gətirilib.
Faktla bağlı araşdırma aparılır.