Başqasının gizlətdiyi silah-sursatı oğurladı, ikisi də tutuldu - MASALLIDA

Masallı rayon sakinindən xeyli silah sursat götürülüb. APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı RPŞ-nin əməkdaşları rayonun Səmidxan kənd sakini Səmədov Pərviz Əliheydər oğlundan 1 ədəd "Kalaşnikov" tipli avtomat, 1 ədəd "RQD-41", 4 ədəd "F-1" əl qumbaraları, həmin qumbaralara aid alışdırıcılar, 1 ədəd siqnal vermək üçün tapança və 3 ədəd içərisində 81 patron olan avtomat darağı aşkarlayıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, P.Səmədov həmin silah-sursatı 14 yanvar 2018-ci il tarixdə həmin kənd sakini Ceyhun Kərimova məxsus yaşayış olmayan evdən qanunsuz olaraq oğurlayıb və dayısı Əliyev Elman Salman oğluna məxsus yaşayış olmayan evin həyətindəki yarımtikilidə basdırıb. Bundan sonra C.Kəromova məxsus evə baxış keçirilib və oradan içərisində 30 ədəd 5,45 kalibrli avtomat patronu olan daraq götürülüb.

Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib və barələrində həbs-qətimkan tədbiri seçilib. Polis həmin silah-sursatın hansısa bir cinayətdə istifadə olunub-olunmadığını araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv