ABŞ-dan qaynaqlanan amillər zəifləyir, neftin qiyməti bahalaşıb
Birjalarda neft həftəyə yüksəlişlə başlayıb. Bu həftə keçirilən ilk ticarət sessiyalarında “Brent” markalı neftin qiyməti 27 sent bahalaşaraq 64,82 dollar təşkil edib. Qərbi Texas neftinin qiyməti də 20 sent bahalaşaraq 61,66 dollar olub.
APA TV-nin xəbərinə görə, ötən həftə ABŞ-da hasilata cəlb olunan quyuların sayında həftəlik artım gözləniləndən az olub, bu səbəbdən bazarda tələbin təklifi üstələyəcəyi gözlənilir. Əgər həftə ərzində qiymətə təsir göstərəcək ciddi siyasi amillər olmasa, neftin həftə sonuna kimi bahalaşacağı proqnozlaşdırılır.
Bu gün aparıcı informasiya agentliklərinin neft analitikləri arasında keçiriləcək sorğunun nəticələri açıqlanacaq. Analitiklər ABŞ-ın neft ehtiyatlarının həcminə dair növbəti proqnozu açıqlayacaqlar.