Elektrik adı ilə girdiyi evdən oğurluq etdi

Paytaxtın Səbail rayonunun Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bu barədə zərərçəkən qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verərək bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasından istifadə edərək, mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.

 

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rasim Məmmədov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman evdən oğurladığı pulların bir qismi aşkarlanaraq götürülüb. O, ifadəsində qeyd edilən evdən oğurluq etdiyini etiraf edib.

 

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd