İranlı general: "Türk əsgəri işğalçıdır"

"Afrində əməliyyat aparan türk əsgərləri işğalçıdır".

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İran İslam Respublikasının dini liderinin müşaviri, general Yəhya Səfəvi "Zeytun budağı" əməliyyatında iştirak edən türk əsgərlərini işğalçı olaraq qiymətləndirib.


Suriyanın şimalında PYD/YPG terror qruplaşmalarına qarşı mübarizə aparan türk ordusu artıq 45-ci gündür ki, Suriyanın Afrin əyalətində hərbi əməliyyatları davam etdirir. Bu isə bir sıra dövlətlərin, o cümlədən də İranın narazılığına səbəb olub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı