ABŞ 28 il təlim keçdiyi onlarla PKK terrorçusunu Afrinə yollayır - İDDİA
ABŞ 28 il təlim keçdiyi 70 PKK terrorçusunu Afrinə yollayır.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, terrorçular bu illər ərzində Quam adasında hazırlaşdırılıb. Onlara təyyarə və helikopter idarə olunması ilə yanaşı tank əleyhinə əməliyyatların aparılması, minaların yerləşdirilməsi də öyrədilib.
Terrorçuların Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusuna (ASO) qarşı döyüşlərdə iştirak edəcəyi gözlənilir. Təlim keçmiş terrorçular ABŞ-ın dəstək göstərdiyi PKK və PYD/YPG terror qruplaşmalarının özəyini təşkil edir.
Əvvəllər belə terrorçular İran, İraq, Əfqanıstan və bəzi Avropa ölkələrində vuruşub.
Qeyd edək ki, ABŞ tərəfindən PKK-ya - Kəfər Cənnə bölgəsinə göndərilən yardım karvanı Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən vurularaq məhv edilib.