Əsəd etiraf etdi: "Afrinə o qüvvələri mən göndərmişəm"
Suriyanın dövlət başçısı Bəşər Əsəd Afrinə yönəldilən qüvvələrin ona bağlı olduğunu etiraf edib. APA TV-nin məlumatına görə, bu barədə onun mətbuat xidmətindən bildirilib.
Bu məsələ ilə bağlı əvvəllər hökumətin yalnız yerli güclərə dəstək olduğu bildirilsə də, indiki açıqlamada qüvvələrin hökumətə bağlılığı vurğulanıb.
Açıqlamada həmçinin qeyd olunur ki, Afrinə qüvvələrin yeridilməsi olduqca normaldır və bu, xalqın istəyindən qaynaqlanır. Ölkəyə qarşı təhlükə var və bununla mübarizə aparmaq şərtdir.

Qeyd edək ki, keçən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya hökumətinin Afrinə ordu yeritməsindən sonra PYD/YPG-yə dəstək verən istənilən qüvvəyə cavab veriləcəyini deyib.