Kim Çen In Cənubi Koreya rəsmilərini qəbul edib

Şimali Koreya rəhbəri Kim Çen In ilk dəfə Cənubi Koreyalı nümayəndə heyəti ilə görüşüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Cənubi Koreya prezidenti Mun Çje İn tərəfindən göndərilən 10 nəfərlik xüsusi heyət Şimali Koreyanın paytaxtında Kim Çen In ilə axşam yeməyində bir araya gəlib.

 

Şimali Koreya mətbuatı görüş barədə kiçik məlumat paylaşıb. "Dövlət başçısının aralarında Cənubi Koreya Milli Təhlükəsizlik müşaviri Çunq Eui Çenin və kəşfiyyat şefi Su Hunun də olduğu xüsusi elçilərdən ibarət heyəti Pxenyanda görüşlər keçirəcək" - deyə, xəbərdə deyilir.

 

Heyətin Kim Çen In ilə görüş barədə başqa məlumat verilməyib. Səfər iki gün davam edəcək.

 

Bu görüş  2011-ci ildə vəzifəyə gələn Kim Çen Inın Cənubi Koreyalı rəsmilərlə ilk görüşüdür.

 

Bundan öncə Qış Olimpiadasında Şimali Koreyadan olan heyət Cənubi Koreyada rəsmi səfərdə olmuşdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı