Rusiya yeni raketlərini Avropa sərhədlərinə yerləşdirdi - PUTİNDƏN İKİNCİ XƏBƏRDARLIQ
Rusiya prezidenti Vladimir Putin Qərb dövlətlərinə yenidən xəbərdarlıq edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Vladimir Putinin "yeni nüvə silahlarımız qarşısıalınmazdır" sözlərindən sonra Rusiya indi də yeni "İskəndər-M" nüvə başlıqlı raketləri ilə Qərbə meydan oxuyur.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, yeni nüvə silahları "Kapustin Yar" adlı bölgədə testdən keçirilib. Modernizasiya olunduqdan sonra keçmişdə 400 km məsafədəki hədəfləri vura bilən "İskəndər - M" nüvə başlıqlı raketləri hazırda 500 km məsafədəki hədəfləri asanlıqla məhv edir.
Qeyd edək ki, Rusiya ilə Qərb arasında silahlanma üzrə qarşıdurmanın davam etdiyi bir vaxtda "İskəndər-M" lər artıq Kalininqrad əyalətinə yerləşdirilib. Bu bölgədən Rusiya ABŞ-ın Avropada yerləşdirdiyi istənilən hava hücumlarından qorunma mərkəzlərini vura biləcək.