Pentaqon: "ABŞ Suriyadakı əməliyyatların müddətini uzada bilər"
ABŞ-ın Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatların müddəti uzana bilər.
APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Hollouey bəyan edib.
“Koalisiya məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin mürəkkəbləşməsi İŞİD-ə qarşı aparılan əməliyyatın müddətini uzada bilər”, - deyə Pentaqon rəsmisi vurğulayıb.
Qeyd edək ki, ABŞ 2014-cü ildən etibarən Suriya hökumətindən icazəsiz bu ölkədə hərbi əməliyyatlar keçirir. Bəzi məlumatlara görə, hazırda Suriyada ABŞ-ın 20-dək hərbi bazası mövcuddur.