Donald Tramp Qüdsdə yeni səfirliyin açılışında iştirak edə bilər
ABŞ prezidenti Donald Tramp bu ilin mayında Qüdsdə ölkəsinin səfirliyinin açılış mərasimində iştirak edə bilər.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş zamanı bildirib.
“Ola bilər. İmkan daxilində çalışacam”, - deyə jurnalistlərin suallarını cavablandıran D.Tramp bildirib.
Qeyd edək ki, 2017-ci il dekabrın 6-da prezident Donald Tramp Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanındığını və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib.