Pens: "İran imperiya yaratmaq, Xamneyini imperator etmək istəyir"

"ABŞ İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcək"

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu vitse-prezident Maykl Pens Amerikan-İsrail İctimai Əlaqələr Komitəsinin konfransında deyib.

 

M. Pens eyni zamanda Barak Obama Administrasiyasının İranla imzaladığı nüvə razılaşmasını növbəti dəfə tənqid edərək, sənədin rəsmi Tehranın məqsədə çatmasına əngəl ola bilmədiyini açıqlayıb, habelə nüvə anlaşmasına yenidən baxılmayacağı halda ölkəsinin ondan imtina edəcəyini xatırladıb:

 

"Tehran imperialist rejimi yenidən bərpa etmək və Ayətullah Xamneyini imperiyanın rəhbərliyinə gətirmək istəyir. Rejim nəinki terrorçuluğu dəstəkləyir, həm də ballistik raketlər hazırlamaqla, tərəfdaşlarımıza qarşı təhlükə yaradır. "
 

Qeyd edək ki, ABŞ-ın fevralın 2-də açıqladığı yeni nüvə doktrinasında İranın Hərtərəfli Birgə Fəaliyyət Planı və nüvə proqramının məhdudlaşdırılması ilə razı olduğuna baxmayaraq, sənədin müddəalarını pozduğu qeyd olunur. Sənəddə həmçinin göstərilir ki, fəaliyyət planı ilə qoyulan məhdudiyyətlərin başa çatdığı dövrədək İran nüvə arsenalının yaradılmasını tam yekunlaşdıracaq.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov