"Washington Post": ABŞ Əsəd qüvvələrinə güclü zərbələr endirəcək
"Şərqi Qutada sivil vətəndaşlara qarşı davam edən hücumlardan narahatıq. BMT Təhlükəsizlik Şurası (TŞ) 30 günlük atəşkəs haqqında razılığa gəlib və Rusiya da bu sərəncamı təsdiqləyib. Buna baxmayaraq, rus hərbi təyyarələri Əsəd rejiminə dəstək göstərərək, hələdə Şərqi Qutaya aviazərbələr endirir".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, BMT TŞ-nın qəbul etdiyi 2401 saylı sərəncamına toxunan Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Rusiyanı sərt şəkildə tənqid edib.
Bombalanan ərazilərdə əksəriyyəti sivil vətəndaşların təşkil etdiyini bildirən diplomat, Rusiyanın atəşkəsi təsdiqləməsindən sonra 200 hava hücumu nəticəsində 100 nəfərin, qərara qədər isə 600-dən çox günahsız insanın həlak olduğuna diqqət çəkib.
"Şərqi Quta Astana razılaşmasından sonra "gərginliyi azaltma zonası" elan edilib, həmçinin Cenevrə razılaşmasına görə də Şərqi Qutada yerləşən müxalifətçilər terror qruplaşmaları sayıla bilməz" - deyə, o əlavə edib.
"Rusiya atəşkəs razılaşmasına əməl etməyə borcludur. Rusiya və Əsəd rejimi dərhal hücumlara son qoymalıdır. Biz Şərqi Qutaya göndərilən humanitar və tibbi yardımların çatdırılmasının təhlükəsizliyini tələb edirik. Şərqi Quta əhalisi artıq gözləyə bilməz".
Qeyd edək ki, Şərqi Qutada 400 minə yaxın insan 5 ildir ki, davamlı hücumlara məruz qalır. Astana razılaşmasından sonra bu bölgənin "gərginliyi azaltma zonası" elan edilməsinə baxmayaraq, keçən ilin aprel ayından etibarən Rusiya və Əsəd qüvvələri bölgəyə yenidən hücumlar təşkil etməyə başlayıb.
Bu arada "Washington Post" ABŞ-ın Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi xəbərindən sonra Suriyada yeni hərbi əməliyyata hazırlaşdığı barədə xəbər yazıb. İddiaya görə, ABŞ yaxın günlərdə Suriyaya aviazərbələr endirəcək.
Pentaqon isə hərbi əməliyyatlar barədə məlumat verməkdən imtina edir. "Bizim gələcəkdəki hərbi əməliyyatlarımız barədə məlumat verməyimiz düzgün olmazdı" - deyə, Pentaqon rəsmisi Edrian Renkin açıqlama verib.
"Washington Postun"un yaydığı məqalədə qeyd olunur ki, Trampın milli təhlükəsizlik üzrə köməkçisi Hebert Makmaster və digər Pentaqon rəsmiləri ilə bazar ertəsi günü təşkil olunan görüşdə, Əsədi cəzalandırmaq barədə müzakirələr və Suriyaya yeni qüvvələrin göndərilməsi barədə fikir mübadiləsi aparılıb.