Sabirabadda 11 yaşlı məktəblini maşın vurdu
Sabirabadda 11 yaşlı məktəblini maşın vurub. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb.
Şıxsalahlı kənd sakini, 2007-ci il təvəllüdlü Rami Səringül Rafiq qızı bu gün səhər saatlarında məktəbə gedərkən Qaragüney kənd sakini, Cümşüdov Məhərrəm Zahid oğlu idarə etdiyi "QAZ-24" markalı 10 LP 452 dövlət nömrə nişanlı avtomobillə onu vurub. Məktəbli qız beyin silkələnməsi və çoxsaylı politravmalarla sürücünün qohumları tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən məktəblinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.