7 ildə 19 qadını öldürən keçmiş polisə ömürlük cəza

Rusiyada 1998-2005-ci illər arasında 19 qadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 52 yaşlı sabiq polis əməkdaşı Yevgeni Çuplinski bütün epizodlar üzrə təqsirli bilinərək, cəzasını ciddi rejimli həbsxanada çəkməklə ömürlük azadlıqdan məhrum edilib.

 

Bundan əlavə, Y.Çuplinski zərərçəkənlərin hər birinə 1 milyon rubl təzminat ödəyəcək.

 

İstintaqla onun əvvəlcə 18-31 yaş arası qurbanları ilə tanış olduqdan sonra onları gedəcəyi yerlərədək ötürə biləcəyini deyib. Ünvana çatdıqdan sonra isə həmin şəxs qadınları xüsusi amansızlıqla öldürərək, cəsədləri kəsici alətlə bölüb.

 

Müstəntiqlər uzunmüddətli axtarışlardan sonra cinayətkarın izinə DNT ekspertizasının köməyi ilə düşüb və 2016-cı ilin aprelində onu həbs etməyə müvəffəq olub.

Müəllif | Apa.Tv
Fərid Rəsulov