Qaxda dəhşətli qəza: 1 ölü, 6 yaralı

Qaxda baş verən yol qəzasında 1 nəfər ölüb, 2-si ağır olmaqla 6 nəfər xəsarət alıb.

 

APA TV-nin məlumatına görə, hadisə martın 5-də axşam saat 20:00 radələrində rayonun Alatəmir kəndi ərazisində baş verib.

 

“Volkswagen” markalı, 34 BE 852 dövlət nömrə nişanlı minik avtomobili ilə “VAZ-21011” markalı 62 BC 796 dövlət nömrə nişanlı minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan rayonun Əlibəyli kənd sakini Akati Emiraşvili Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən yolda ölüb.

 

Xəsarət alan Əlibəyli kənd sakinləri - 20 yaşlı Şioşvili Laşa Aludeyeviçin, 36 yaşlı Dukaşvili Gita Borisovna, 41 yaşlı Laşa Kristianoviç Andiraşvili, 27 yaşlı Georgi Nodaroviç Barixaşvili, 38 yaşlı Naia Emiraşvili  və 4 yaşlı Nikolas Slavaviç Emiraşvili Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Yaralılardan Laşa Şioşvili və Georgi Barixaşvilinin vəziyyəti ağır olduğundan, müayinə və müalicələrini davam etdirmək üçün yaxınlarının istəyi ilə qonşu Gürcüstan Respublikasının Tbilisi şəhərindəki xəstəxanalardan birinə aparılıblar. Digər yaralıların müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-stabildir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv