Cəlilabadda 21 yaşlı gəncin qatili tutuldu
Cəlilabadda ötən gün öldürülən Musalı kənd sakini, 21 yaşlı Sirus İlham oğlu Nəsirovu öldürən şəxsin kimliyi məlum olub.
APA TV-nin cənub bürosunun məlumatına görə, onu qətlə yetirən şəxsin həmkəndlisi, 1985-ci il təvəllüdlü Seymur İsfəndiyar oğlu Məmmədov olduğu açıqlanıb.
Həmin şəxs saxlanılıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Qeyd edək ki, nişanlı olan Sirus Nəsirov martın 2-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun meyiti Ləkin kəndi ərazisində çobanlar tərəfindən tapılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.