Zərdabda şahmat məktəbinin kompüterləri oğurlandı

Zərdabda oğurluq edən şəxs tutulub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Lalə Rza qızı Əmirəliyeva Zərdab Rayon Polis Şöbəsinə müraciət edərək, təhsil şöbəsinin nəzdində olan Uşaq-Gənclər İdman Şahmat Məktəbinin balansında olan 10 ədəd kompüter dəstinin məktəbin anbarından naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

 

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin Zərdab şəhəri, R.Kərimov küçəsi ev 25-də yaşayan 1981-ci il təvəllüdlü Qasımov Emin Namət oğlu olduğu məlum olub.

 

Emin Qasımov şübhəli şəxs qismində saxlanılıb, oğurlanmış 10 ədəd kompüter dəsti aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov