Rus general: "Müharibə başlasa, separatçı ermənilərə dəstək verilməyəcək"
"Separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmadığı üçün onlara təşkilat tərəfindən hərbi dəstək verilməyəcək".
APA TV-nin məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birləşmiş qərargah rəisi Anatoli Sidorov bildirib.
O əlavə edib ki, təşkilat bu günə qədərki razılaşmaları yalnız Ermənistanla imzalayıb və həmin sənədlər üzrə öhdəlikləri məhz bu ölkə qarşısında daşımaqdadır.
Ermənistanla Azərbaycan arasındakı gərginliyə toxunan general deyib ki, nə vaxtsa hər iki xalq vahid sovet ailəsinin üzvü olub və sülh şəraitində yaşayıb.