Siyəzənin Sədan kəndində torpaq sürüşməsi aktivləşib

Siyəzənin Sədan kəndində torpaq sürüşməsi aktivləşib. APA TV-nin şimal bürosunun xəbərinə görə, kənd sakinləri deyir ki, evlərdə çatlar getdikcə böyüyür.

 

Çat yaranan evlərin sayı gündən-gündən artır. Hazırda 50-dən çox evdə çatlar var:

 

Sürüşmədən sonra yalnız 3 evin tikintisi barədə qərar qəbul olunub. Evlərdən ikisi Siyəzəndə, biri isə Sədan kəndində inşa olunur. Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunan evlərdə hazırda son tamamlama işləri həyata keçirilir. Yaşayış evlərinin aprel-may aylarında istifadəyə verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, 2012-ci ildə sürüşmə zolağında 27 ev var idi. Sürüşmə aktivləşdikdən sonra belə evlərin sayı 50-ni ötüb. Müvafiq dövlət qurumları tərəfindən əraziyə baxış keçirilib.

Müəllif | Apa.Tv
Vəli Turan