Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğradı: 32 ölü
Suriyada Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus "An-26" tipi hərbi sərnişin təyyarəsi qəzaya uğrayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, "Hmeymim" bazasına eniş zamanı baş verən qəzada təyyarədə 32 nəfər, yəni 26 sərnişin və 6 heyət üzvü olub. Onların həlak olduğu bildirilir.
İlkin versiyaya görə, hadisə texniki nasazlıq səbəbindən baş verib.