Rusiya bir gündə Suriyada 27 zabitini itirdi - BİRİ GENERALDIR

Rusiya Müdafiə Nazirliyinin "AN-26" təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində 39 nəfər ölüb. APA TV-nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin xəbərində deyilir.  

 

Onlardan 33 nəfəri sərnişin, 6 nəfər isə heyət üzvüdür. Ölən hərbçilər arasında biri general-mayor olmaqla, 27 zabit olub.

 

Qeyd edək ki, qəza ötən gün təyyarə "Hmeymim" aviabazasına eniş edən zaman baş verib. Hələbdən havalanan təyyarənin texniki nasazlıqdan qəzaya uğradığı ehtimal olunur.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov