FHN Novruz tonqalları ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

 

APA TV-nin xəbərinə görə, müraciətdə bildirilir ki, hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

 

- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

 

- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

 

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

 

- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

 

- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

 

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng edin!

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd