Məşhur pornoaktrisa Trampdan təzminat istəyir: "Seçki ərəfəsində susdum, amma indi..."

"Donaldla mənim aramda intim münasibətlərimizin sirr saxlanması ilə bağlı imzalanan sənəd etibarsızdır. Prezident onu heç vaxt imzalamayıb".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu "Stormi Deniels" ləqəbli pornoaktrisa Steffani Klifford bəyan edib. O, həmçinin Ağ Ev rəhbərini məhkəməyə verdiyini və ondan təzminat tələb edəcəyini açıqlayıb.

 

Bu arada məlum olub ki, seçki kampaniyası zamanı bir çox qadın o vaxtkı namizəd D.Trampla intim əlaqələri barədə mətbuata informasiya ötürmək istəyib, amma hazırkı prezidentin vəkili Maykl Koen tərəfindən susdurulub. Belə ki, səsverməyə bir həftə qalmış həmin qadınlar kimi S.Klifford da intim sirlərin yayılmaması barədə müqaviləyə şəxsən imza atsa da, onu ABŞ prezidentinin əvəzinə M.Koen imzalayıb.

 

Sənədə əsasən, 2006-cı ildən görüşməyə başlayan cütlük seçki kampaniyası ərəfəsində ayrılıb və pornoaktrisaya 130 min dollar ödənilərək, susması tapşırılıb.


Qeyd edək ki, hələlik Ağ Evdən S.Kliffordun iddiasına cavab verməyib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov