Vəhşi heyvanları vurmaq istədi, güllə özünə dəydi - İSMAYILLIDA
İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qalacıq kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ruslan Valeh oğlu yaşadığı evin həyətində ov tüfəngindən özünə atəş açaraq sağ döş qəfəsindən güllə yarası alıb. R.Məmmədov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun ehtiyatsızlıq səbəbindən odlu silahla özünə xəsarət yetirdiyi bildirilir. Ruslan Məmmədov gecə həyətə soxulan yırtıcı heyvanları qovmaq istəyib, otağa keçib tüfəngi götürərkən atəş açılıb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.