Rusiya xüsusi xidmət orqanlarının helikopteri qəzaya uğradı - ÖLÜ SAYI ÇOXDUR

Rusiyanın Çeçenistan Respublikasında xüsusi xidmət orqanlarına məxsus Mi-8 markalı helikopter qəzaya uğrayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qəza nəticəsində helikopterin göyərtəsində olan 9 nəfərdən 8 nəfər ölüb.  

 

Hadisə Çeçenistanın İtum-Kalın rayonunda baş verib. Qəzanın səbəbləri araşdırılır. 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı